ABŞ-da 30 ilin maksimumuna yüksələn inflyasiya fonunda FED-dən monetar siyasətin sərtləşdirəcəklərinə dair önəmli açıqlamalar verilmədikcə, investorlar arasında qeyri-müəyyənlik artdığına görə, dollar indeksi düşür, korreksiya etməkdədir. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da əmək bazarı ilə bağlı vacib statistik məlumatlar da açıqlanacaqdır.
Beləliklə, foreks bazarlarında avro və funtda bahalaşma başlayıb və bunun müvafiq olaraq 1.19, 1.39$-a kimi davam edəcəyi proqnozlaşdırılır.
Əlvan metallar bazarlarında da həm artan iqtisadi risklər, həm də monetar siyasətlərin yumşaq qalması ilə qızıla olan tələb artıb. 2%-dən çox bahalaşan bir unsiya qiymət 1878 dollara kimi dəyər qazana bilər.
Kriptovalyuta birjalarında isə bitkoin təzyiq altında qalmaqdadır və 32 minin qırılması ilə növbəti önəmli dəstək səviyyəsinin 30 min olacağı proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.