Foreks bazarlarında dolların bahalaşması dinamikası zəifləyib, ucuzlaşmağa başlayacağı ehtimalları güclənib.
Bunun əsas səbəbi Amerikada inflyasiya, işsizlik və koronavirus böhranının hökm sürdüyü bir şəraitdə, FED-in siyasətində vaxtından tez sərtləşməyə başlamasıdır.
Beləliklə, yenidən EUR/USD 1.16$, GBP/USD 1.36$-ın üzərində dəstək görərək bahalaşmağa başlaya bilər. Əlvan metallar bazarlarında qızılın qiyməti də 1787$-ın qırılması ilə yeni trendə başlaya bilər.
Kriptovalyuta birjalarında bitkoin yenidən 47000$-ın üzərində ticarət edilir və üzərində qalacağı təqdirdə, 51000$-a kimi dəyər qazanacağı proqnozlaşdırılır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.