Beynəlxalq valyuta birjalarında Asiya sessiyasında Yeni Zelandiya Mərkəzi Bankının faiz artımı xəbərlərindən sonra dolların digər aparıcı valyutalara nisbətən orta qiyməti bahalaşmağa başlayıb və bu, 94.19 punktun qırılması ilə daha da sürətlənə bilər. Beləliklə, avro və funt sterlinqin də müvafiq olaraq 1.15 və 1.34$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır.
Əlvan metallar bazarlarında qızılın da qiyməti təzyiq altındadır və 1749$-ın qırılması ilə proses 1731$-a kimi davam edə bilər.
Kriptovalyuta birjalarında bitkoin də dəyər qazanmaqdadır və son beş ayın önəmli müqavimət səviyyəsinin - 53 min dolların da qırılması an məsələsidir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.