FED-ın toplantı protokolunda aylıq 120 milyard dollarlıq istiqraz alışı proqramının vaxtından tez dayandırıla biləcəyi haqqında yazılması, EUR/USD və GBP/USD məzənnəsində ucuzlaşmaya səbəb olmuşdur. Avro 1.18, funt sterlinq 1.38$-da müqavimətlə rastlaşaraq dəyər itirib və ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır.
Əlvan metallar bazarlarında da qızıl müqavimətlə rastlaşaraq dəyər itirir və 1775 növbəti önəmli dəstək səviyyəsindədir.
Kriptovalyuta birjalarında da dollara olan tələbin artması fonunda bitkoin dəyər itirir və 32 min dəstəyinin qırılması ilə ucuzlaşma 29 minə kimi sürətlənə bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək Amerikanın işsizlik müavinətlərin statistikası ilə bağlı önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.