Amerikanın əmək bazarında işsizlik müavinətlərin sayında artımın proqnozlaşdırılanın altında dərc edilməsi, dollar indeksinin 94 punktun üzərində dəstək görməsinə səbəb olub. İnvestorlar üçün 94.22 punktun yuxarı istiqamətlə qırılması önəmli siqnal olacaqdır. Digər tərəfdən, Amerika sənayesində inflyasiyanın zəif artması da narahatlıqlar doğurur.
Beləliklə, EUR/USD 1.17, GBP/USD məzənnəsi 1.38$-ın altında qaldıqca, ucuzlaşma yeni minimumlara kimi davam edə bilər. Qlobal iqtisadi və siyasi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbi yenidən artırmışdır. Burada bir unsiya üzrə qiymət 1824$-a kimi dəyər qazana bilər.
Kriptovalyuta birjalarında da Bitcoin bahalaşmaqda davam edir və hazırda 60 min dollara ticarət edilən BTC/USD məzənnəsi üzrə növbəti önəmli müqavimət səviyyəsi tarixi maksimumu 65 min dollardır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.