Avrozonada iqtisadiyyat fonunda nikbinliyin azalması, avronun ucuzlaşmaqda davam etməsinə səbəb olur.
Beləliklə, dollar indeksi də yüksəlməkdədir. Funt sterlinq isə həm bahalaşan enerji qiymətləri, həm də dərc edilən müsbət fundamental göstəriciləri fonunda dəstək görməkdədir. Təhlillərə əsasən, avro və funt sterlinq arasında mənfi korrelasiya daha da dərinləşə, yəni EUR/USD 1.14$-a kimi ucuzlaşa, GBP/USD məzənnəsi isə 1.35$ üzərində dəstək görə bilər.
Əlvan metallar bazarlarında isə qlobal risklərin arta biləcəyi narahatlıqları fonunda qızıla olan tələb yenidən artıb. Bir unsiya üzrə qiymət 1770$-ı yuxarı istiqamətdə qırarsa, 1800$-a kimi dəyər qazana bilər.
Kriptovalyuta birjalarında bitkoin də dollarla bərabər dəyər qazanmaqdadır və trendin 65 min dollara kimi davam edəcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.