Amerikanın xidmət sektorunda biznes aktivliyi indeksinin müsbət açıqlanmasından sonra EUR/USD və GBP/USD məzənnələri müqavimətlə rastlaşıb. Avro 1.1776 və funt sterlinq 1.3857$-ı qırarsa, ucuzlaşma dalğasının başlayacağı proqnozlaşdırılır.
USD/JPY və USD/TRY məzənnələri də dəstək görərək, bahalaşamağa başlayıb. Bu gün Rusiyada dərc ediləcək inflyasiya göstəriciləri öncəsi, USD/RUB məzənnəsi də son dörd ayın maksimum səviyyəsində ticarət edilir.
Əmtəə birjalarında da qızılın qiyməti dəyər qazanmaqda davam etməklə yanaşı, Brent neftinin bir barel qiyməti Amerika sessiyasında dəstək görüb. Kriptovalyuta birjalarında isə bitkoinin qiyməti Avropa sessiyasında dəstək görərək bahalaşmağa başlayıb.
Qeyd etmək lazımdır ki, dollar indeksi 92.77 - 92.90 punkt aralığını qıracağı təqdirdə, yeni maksimumlara yüksələcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.