Amerika iqtisadiyyatında risklərin proqnozlaşdırılandan çox artması xəbəri, dollar indeksinin də düşməsinə səbəb olub. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:00 Almaniya və saat 13:00-da Avrozonadan da iqtisadi inkişaf göstəriciləri dərc ediləcəkdir.
Hazırda EUR/USD və GBP/USD məzənnələri cari həftənin maksimumlarında ticarət edilir. Qlobal böhranlar fonunda Avrozona üzrə ÜDM göstəriciləri də ehtimalların altında dərc edilərsə, avro və funt sterlinq də yenidən ucuzlaşmağa başlaya bilər.
Risklərin artması və monetar siyasətlərin proqnozlaşdırılanların əksinə olaraq yumşaq qalacağı açıqlamalarından sonra əlvan metallar bazarlarında qızıl da cari ilin orta səviyyələrinə kimi yüksələrərək, 1800$ ətrafında dalğalanmaqdadır.
Kriptovalyuta birjalarında isə üfüqi korreksiya davam etməkdədir və növbəti impulsiv dalğa üçün investorlar 63421$-ın qırılmasını önəmli şərt kimi gözləyirlər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.