Cümə axşamı Avropa və İngiltərə Mərkəzi Bank sədrlərinin çıxışlarından sonra avro və funt dünya birjalarında kəskin ucuzlaşıb. Tendensiyanın davamına bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da əmək bazarına dair statistik göstəricilər ciddi təsir edə bilər.
Təhlillərə əsasən EUR/USD cütlüyü 1.15, GBP/USD cütlüyü 1.35 həddinin altında qala bilsə, eniş tendensiyası kəskinləşə bilər.
“NFP” öncəsi 1758$-a kimi ucuzlaşan qızıl buradan dəstək alaraq yenidən bahalaşdı. Hazırda 1795$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$-ın üzərinə yüksələ bilsə, 1813$ və 1825$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.