Beynəlxalq valyuta birjalarında dollar indeksi yenidən dəstək görərək yüksəlməyə başlayıb. Bazar ertəsinin müqavimət səviyyəsi qırılarsa, yüksəliş sürətlənə bilər.
Bunun əsas səbəbləri iqtisadiyyat və, birjalarda risklərin artması, FED-in faiz artımı ehtimallarının dollara olan tələbi artırmasıdır. EUR/USD və GBP/USD məzənnələri də Amerika sessiyasında ucuzlaşmağa başlayıb və avro 1.14, funt sterlinq 1.34$-a kimi ucuzlaşa bilər.
Əlvan metallar bazarlarında da qızıl 1770$-da müqavimətlə rastlaşaraq, yenidən ucuzlaşmağa başlayıb və trendin 1738$-a kimi davam edə biləcəyi proqnozlaşdırılır.
Kriptovalyuta birjalarında isə bitkoin dəyər qazanmaqda davam edir və tendensiyanın 53 min dollara kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.