Amerikada maliyyə siyasətinin Konqresdə maneələrlə rastlaşması, siyasi və iqtisadi riskləri artırmaqla bərabər, foreks bazarlarında dolların da müqavimətlə rastlaşmasına səbəb olur. Lakin qlobal texniki təhlillərə əsasən, dollar indeksi bir ilin maksimumuna kimi yüksəlməkdə davam edə bilər.
EUR/USD məzənnəsi də 1.17, GBP/USD məzənnəsi 1.37$-ın qırılması ilə ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır. Qızılın qiyməti də 1711$-a kimi dəyər itirə bilər.
Kriptovalyuta birjalarında bitkoinin son düşüş dalğasının da 40 min dollara kimi dərinləşə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.