EUR
Amerikada Avropa ilə müqayisədə monetar siyasətin sərtləşdirilməyə başlanılması EURUSD məzənnəsini də təzyiq altında saxlayır. Təhlillərə əsasən, avro 1.16$-ın altında qaldıqca, 1.14$-a kimi də ucuzlaşa bilər.
GBP
GBP/USD də 1.38$-a kimi korreksiya etdikdən sonra yenidən ucuzlaşmağa başlayıb. 1.37$-ın qırılması ilə funt sterlinq 1.35$-a kimi dəyər itirə bilər.
Cümə günü saat 12:30-da İngiltərədən də biznes aktivliyi indekslərin yayımlanması gözlənilir.
TRY
USDTRY məzənnəsi də cümə axşamı saat 15:00-da TCMB tərəfindən dərc ediləcək yeni faiz qərarı öncəsi ucuzlaşmaqda davam edir. Hazırda 9.27TL-yə ticarət edilən məzənnə 9.50TL-yə kimi də yüksələ bilər.
OIL
Enerji birjalarında neftə olan tələbin artması ilə Brent nefti son 3 ilin maksimumunu yeniləməkdə davam edir. Beləliklə, 86$-ın qırılması ilə 94$-a kimi də dəyər qazanacağı proqnozlaşdırılır.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Foreks bazarlarında dolların bahalaşması, qızılı da təzyiq altında saxlayır. Burada isə bir unsiya üzrə qiymət 1737$-a (55.9$/qram) düşə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.