Amerikanın əmək bazarına dair "ADP"-dən mənfi göstəricilərin açıqlanmasından sonra foreks bazarlarında dollar daha da ucuzlaşaraq, 3 həftəlik minimumun yeniləyib. Lakin investorlar cümə günü dərc ediləcək hökümətin rəsmi məlumatlarını gözləyirlər. Bu səbəbdən də EUR/USD, GBP/USD və digər aparıcı valyutaların məzənnələrində korreksiya başlayıb.
Qlobal texniki təhlillər isə dolların ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırılmasına əsas verir. Əlvan metallar bazarlarında qızılın bir unsiya qiyməti isə 1817$ müqavimətini qırmaqda çətinlik çəkir.
Alternativ sərmaye bazarları kimi kriptovalyuta birjasında isə bitkoin yenidən bahalaşmağa başlayıb və BTCUSD məzənnəsi 51 min dolların qırılması ilə 59 minə kimi də yüksələ bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.