Amerikanın əmək bazarına dair proqnozların yaxşılaşması və beləliklə, FED-in də siyasətini sərtləşdirəcəyi proqnozlarının da güclənməsi, EUR/USD, GBP/USD məzənnələrinin ucuzlaşmasına səbəb olur. Avro hazırda 1.18, funt sterlinq 1.38$-a təklif edilir və ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:00-da Amerikanın sənaye sektoru ilə bağlı önəmli fundamental göstəricilər dərc ediləcəkdir.
Əlvan metallar bazarlarında da qızılın qiyməti ucuzlaşmaqdadır və 1706 və 1670$-a kimi davam edəcəyi ehtimal edilir.
Kriptovalyuta birjalarında isə bitkoin yenidən ucuzlaşır. Bunun səbəbi dollara olan tələbin artması ilə bitkoinə alternativ sərmayə aləti kimi tələbin azalmasıdır. 33 584 dəstək səviyyəsinin sındırılması ilə dəyər itkisi 31 732$-a kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.