Avrozona və İngiltərənin sənaye və xidmət sektorlarına dair fundamental göstəricilərin müsbət açıqlanması, EUR/USD və GBP/USD məzənnələrinin bahalaşmasına səbəb olub. Təhlillərə əsasən, avroda 1.19, funt sterlinqdə 1.39$ səviyyələri qırılacağı təqdirdə, bahalaşma davam edə bilər.
Bununla yanaşı, Bakı vaxtı ilə saat 13:00-da Almaniya və Avrozona üzrə dərc ediləcək iqtisadi inkişaf proqnozlarını ölçən indeks də investorların diqqət mərkəzində olacaqdır.
Əlvan metallar bazarlarında da qızılın qiymətində bahalaşma müşahidə edilir, 1813 və 1833$-a kimi bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır.
Kriptovalyuta birjalarında bitkoinin qiyməti korreksiyadan sonra 33 minin üzərində dəstək görərək, yenidən dəyər qazanır. 35 min qırılacağı təqdirdə, BTC/USD məzənnəsi 36.5 minə kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.