Avropa Mərkəzi Bankın yumşaq monetar siyasətinə davam edəcəyi ehtimalları, avronun ucuzlaşmaqda davam etməsinə səbəb olur.
Beləliklə, dollara tələbin artması ilə funt sterlinq və qızıl da təzyiq altındadır. Təhlillərə əsasən, EUR/USD 1.16, GBP/USD 1.35, bir unsiya qızıl isə 1743$-a kimi ucuzlaşa bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:00 və 12:30-da müvafiq olaraq Avrozona və İngiltərədən açıqlanacaq biznes aktivliyi indeksləri də investorların diqqət mərkəzindədir.
Kriptovalyuta birjalarında da dəyər itirən bitkoinin qiyməti isə 38600$-da yenidən dəstək görə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.