ABŞ-da cümə günü açıqlanacaq əmək bazarına dair statistik göstəricilər öncəsi investorların gözləmə mövqeyinə çəkilməsi səbəbilə dünya birjalarında durğunluq müşahidə olunur. Lakin bu gün Avrozona və Böyük Britaniyada açıqlanacaq biznes aktivliyi indeksi göstəriciləri bazarda hərəkətlilik yarada bilər. Biznes aktivliyində artım qeydə alınarsa EUR/USD cütlüyü 1.19, GBP/USD cütlüyü isə 1.39 hədləri üzərində möhkəmlənə bilər.
1808$ və 1815$ aralığında üfüqi dalğalanan qızılda 1808$ həddi qırılarsa, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$ və 1790$-a kimi ucuzlaşa bilər.
Hazırda 38000$ civarında dalğalanan Bitkoin, bu həddin altında qalsa, 36000$ və 32000$-a kimi ucuzlaşa bilər. Bitkoindən fəqrli olaraq artım tendensiyası sərgiləyən Etereumda isə 2622$ həddi qırılsa, artımlar 2892$-a kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.