Amerikada inflyasiyanın azalacağına dair çıxışlar və FED-in faizlərini artıracağı ehtimalları, EUR/USD və GBP/USD məzənnələrinin ucuzlaşmaqda davam etməsinə səbəb olur. Təhlillərə əsasən, avro 1.13, funt sterlinq isə 1.32$-a kimi ucuzlaşmaqda davam edə bilər.
Əlvan metallar bazarlarında qızılın qiyməti də dəyər itirməkdədir və bunun 1687$-a kimi davam edəcəyi proqnozlaşdırılır.
Kriptovalyuta birjalarında isə bitkoinin qiyməti 40 min dolların üzərində dəstək görərək, yenidən bahalaşmağa başlayıb və bu, 44 min dolların üzərinə kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.