"Xarici dövlətlərdən qablaşdırma sahəsində Azərbaycanda ortaq müəssisələrin açılması ilə bağlı bizə müraciətlər daxil olur. Belə bir müraciət bizə Almaniyadan daxil olur".
Eləcə də bax: Son altı ayda Azərbaycan iqtisadiyyatına yatırım edən ölkələr - MƏLUM OLUB
FED.az xəbər verir ki, bunu “report”a Azərbaycan Qablaşdırma Assosiasiyasının İdarə Heyətinin sədri Kamran Hacızadə bildirib.
K.Hacızadə qeyd edib ki, qablaşdırma sənayesinin sərt plastik sahəsi üzrə Almaniyanın bu sahədə yüksək səviyyəli avadanlıqlarını Azərbaycana gətirib müəssisənin yaradılması ilə bağlı danışıqlar aparılır.
Onun sözlərinə görə, layihədə Azərbaycan tərəfinin də iştirakı gözlənilir: “Avadanlıqların təqribi qiyməti 10-15 milyon avro civarındadır. Avadanlıqların sifariş edib, ölkəyə gətirilməsi bir neçə ay çəkir. Müəssisə ilin axırına qədər ölkədə fəaliyyətə başlaya bilər. Hazırda layihənin texniki tərəfi istiqamətində tərəflər arasında müzakirələr aparılır”.
Xatırladaq ki, 2017-ci ildə "Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası" təsis olunub. Hal-hazırda 45-ə yaxın müəssisə Assosiasiyanın üzvüdür.
Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 626,6 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb. Həmin investisiyanın 96 faizi qeyri-neft sektoruna yönəldilib. Eyni zamanda Azərbaycandan Almaniya iqtisadiyyatına 3,1 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub.