2020-ci ilin ilk altı ayı ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 2 milyard 454,4 milyon manatı xarici müəssisə və təşkilatlar vəsaitləri ilə gerçəkləşib.
Eləcə də bax: Azərbaycanda ən çox və ən az sərmayə qoyuan – RAYON/ŞƏHƏRLƏR - SİYAHI, MƏBLƏĞLƏR
FED.az Banker.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin statistik göstəricilərinə əsasən məlumat verilir.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2174,0 milyon manatı (88,6 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, Norveç, Malayziya, İsveçrə, Rusiya və İran sərmayədarlarına məxsus olmuşdur.
Bildirək ki, 2020-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 62,4 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,1 faizini əsaslı təmir, 8,1 faizini cari təmir, 19,4 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 84,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.