Avropa Mərkəzi Bankın nümayəndələri tərəfindən yumşaq monetar siyasətin saxlanılması istiqamətində verdikləri açıqlamalar və İngiltərədə təchizatda yaranan böhran, EUR/USD və GBP/USD məzənnələrinin ucuzlaşmasına səbəb olur. Təhlillərə əsasən, avro 1.16, funt sterlinq 1.34$-a kimi ucuzlaşmaqda davam edə bilər.
Əlvan metallar bazarlarında qızılın qiyməti də dəyər itirməkdədir və bu, 1687$-a kimi davam edə bilər.
Kriptovalyuta birjalarında bitkoində müşahidə edilən ucuzlaşmanın isə 40 min dollara kimi dərinləşə biləcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.