Çoxmərtəbəli binadan mənzil alan vətəndaşlar çatışmayan sahənin pulunu geri ala bilərlər.
"Bina 10 mərtəbəli olub, mənə 11-ci mərtəbədən 80 min manata mənzil satılıb" - VİDEO
Çoxmənzilli binalarda mənzil alan vətəndaşlarla tikinti şirkətləri arasında ən çox rast gəlinən mübahisələrdən biri mənzilin sahəsi ilə bağlı yaranır.
FED.az xəbər verir ki, Ali Məhkəmə bu mübahisələrin həlli ilə bağlı hüquqi mövqeyini açıqlayaraq bildirib ki, çıxarışda göstərilən sahənin müqavilədə qeyd edilən sahədən az olması hər zaman tikinti şirkətinin müqaviləni pozduğu anlamına gəlmir. Dövlət reyestrindən verilən çıxarışda sahənin daha az görünməsi əksər hallarda balkon və terrasların sahəsinə tətbiq edilən 0,3 azaltma əmsalı ilə bağlıdır. Bu, normativ hesablama qaydasıdır və müqavilədə ayrıca razılaşdırılmayıbsa, təkcə bu fərq tikinti şirkətinin məsuliyyət daşıması üçün əsas sayılmır.
Tikinti Məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, praktikada vətəndaşlar mənzili tikinti mərhələsində aldıqları üçün onun faktiki sahəsini ölçmək imkanına malik olmurlar.
Ekspert bildirir ki, sahə fərqi müəyyən olunduqda vətəndaş ilk növbədə tikinti şirkətinə yazılı müraciət etməli, fərqin ödənilməsini tələb etməlidir.
Şirkət məsələni həll etmədiyi halda isə alıcının məhkəməyə müraciət etmək hüququ var.














