"İşğaldan azad edilmiş ərazilərdə 12 şəhərin baş planlarının hamısı hazırlanıb".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Şəhərsalma və Arxitektura Komitəsinin layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisinə (AIREX 2026) həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, o cümlədən, 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırma işləri başa çatıb.
"Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ən vacib istiqamətlərdəndir. Burada bizim məqsədimiz yalnız yaşayış məntəqələrini bərpa etmək deyil, həm də müasir infrastruktur və dayanıqlı inkişaf prinsipləri əsasında yeni şəhər və iqtisadi mərkəzlər formalaşdırmaqdır", - deyə o, əlavə edib.













