Xəbər verildiyi kimi, dekabrın 23-də Xocasən qəsəbəsində yeni metro stansiyası fəaliyyətə başlayıb.
Bakıda yeni metro stansiyası – FƏALİYYƏTƏ BAŞLAYIR
FED.az-ın məlumatına görə, Bakı Metropoliteninin «Bənövşəyi» xəttinə aid olan yeni stansiya «8 Noyabr», «Memar Əcəmi», «Avtovağzal» stansiyalarından sonra 4-cü belə stansiya olacaq.
Yeni metro stansiyasının fəaliyyətə başlaması bu ərazidə nəqliyyat imkanlarını yaxşılaşdırmaqla yanaşı, ərazinin aktivliyinə, burada sərnişinlərin sayının artmasına səbəb olur ki, bu da son nəticədə özünü daşıpmaz əmlakların qiymətində göstərir. Mütəxəssislər yeni stansiyanın işə düşməsi ilə bu ərazidəki əmlakların başalaşacağını da bildirirlər.
«Vecon Consulting» qiymətləndirmə şirkətindən FED.az-a verilən məlumata görə, əslində metro stansiiyasınn açılacağı ilə bağlı məlumatlar bu ərazidəki qiymətlərə indiyədək də təsirini göstərib. Bu ərazilərdə qiymətlər 5 il əvvəl daha ucuz idi, metr amilini nəzərə alanlar tədricən əmlak almağa başlamışdı.
Onun sözlərinə görə, Xocasən metrosunun işə düşməsi təkcə bu əraziyə deyil, Xocasənə yaxın ərazilərdə də əmlakın qiymətinə təsirini göstərəcək. Məsələn, bu ərazi «Aşağı Sulutəpə» adlanan əraziyə daha yaxındır. Eləcə də «Ekologiya postu» kimi tanınan ərazidə də əmlakların qiymətinə təsir göstərəcək.
Xocasəndə metro stansiiyasınnı açılması hətta paytaxtın 20 Yanvar və «Şamaxinka» adlanan ərazilərində də qiymətlərə təsir edib onu artıra bilər. Amma əsas təsir özünü «Sulutəpə» adlanan ərazidə göstərəcək.
Bundan başqa, yeni metronun açılması Abşeron rayonunun bəzi ərazilərindən hərəkəti asanlaşdıracaq, ona görə də həmin ərazilərdə əmlak bahalaşa bilər. Bura Müşfiqabad, Hökməli, Atyalı adlanan ərazilər aiddir. Nəhayət yeni metronun əmlak bazarına təsiri özünü Masazırda da göstərəcək.
Bütün bunları nəzərə alaraq ilkin olaraq bu ərazilərdə bundan sonrakı dövrdə torpaq sahələrinin 20%, hazır fərdi evlərin 10-15%, qeyri-yaşayış sahələrinin isə 20-25% bahalaşacağını proqnoz etmək olar.
Digər daşınmaz əmlak mütəzəssisi, Bakı Əmlak Mərkəzinin rəhbəri Ramin Osmanlının sözlərinə görə, analoji hadisələr, yəni metro stansiyalarının açılması zamanı ətraf ərazilərdə qiymət artımı ənənəvi haldır. Amma Xocasən stansiyasının açılmasından sonra burada əmlakın dərhal bahalaşacağı inandırıcı deyil.
«İndi vəziyyət bir qədər fərqlidir, ona görə ki, hazırda sürətli qiymət artımı müşahidə edilir. Və qiymətlər elə sürətlə artır ki, bu prosesin fonunda məhz metro stansiyasının açılılına görə olan artımı ayırmaq çətindir.
Bununla yanaşı, güman edirəm ki, metro sahsində yaxın olan ərazilərdə daşımmaz əmlakların, yəni torpaq və fərdi yaşayış evlərinin qiymətində 5-10% artımı gözləmək olar»-deyə ekspert bildirib.