Türkiyə hökuməti ölkənin cənub və cənub-şərqindəki zəlzələ zonasının sakinlərini hər ay 10-15 min evdə mənzillərlə təmin etməyi planlaşdırır.
Kahramanmaraşda “Azərbaycan” məhəlləsində 71 bina inşa olunacaq - FOTOLAR
FED.az xəbər verir ki, bunu Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki bildirib.
Onun sözlərinə görə, evlərin növbəti partiyası martın 19-da istifadəyə veriləcək və bu proses davam edəcək.
Nazir xatırladıb ki, təkcə son əsrdə Türkiyə ərazisində və ölkənin çıxışı olan dənizlərdə 6 və daha yüksək bal gücündə 231 zəlzələ baş verib. Eyni zamanda, Türkiyənin yerləşdiyi bölgədə bu gün 500-ə yaxın aktiv lay parçalanması qeydə alınır. “Təəssüf ki, müasir elm yalnız seysmik aktiv sahələri müəyyənləşdirir, lakin zəlzələnin tarixini və gücünü təxmin edə bilmir. Buna görə bütün evlər maksimal davamlılıq və təhlükəsizlik amili nəzərə alınmaqla tikilməlidir”, - deyə Özhaseki vurğulayıb.
O xatırladıb ki, 2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələlər Türkiyənin 18 əyayətinə təsir edib, ümumilikdə 14 milyon insan xəsarət alıb, 680 min ev və ofis dağılıb, 53 min 500 ölkə sakini həlak olub, iqtisadiyyata dəyən ziyan isə 104 milyard dollara çatıb.
Özhaseki qeyd edib ki, bərpa işləri təkcə şəhərlərdə deyil, Türkiyənin kəndlərində də davam etdirilir.
"Evlərin tikintisi fəlakət zonasında 3 min 433 kənddə davam edir. İlk 75 min yaşayış binasının təhvil verilməsi prosesi martın 19-da başa çatacaq. Növbəti aylarda ehtiyacı olanlara ayda 10-15 min ev verəcəyik", - deyə nazir əmin edib. (Azərtac)