"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) xətti ilə indiyədək verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
FED.az xəbər verir ki, fondun xətti ilə 20 min 859 ipoteka krediti verilib. "Azərbaycan İpoteka Fondu"nun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 915 milyon 138 min 325 manatdan çoxdur.
Sentyabr ayının sonunda "Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) xətti ilə 20 210 nəfərə ipoteka krediti verilmişdi. Məbləğ isə 870 milyon manat idi. Beləliklə, Son 2 ayda "Azərbaycan İpoteka Fondu"nun xəttilə 649 kredit verilib.