Hazırda paytaxtda söküntü işləri aparan tikinti şirkətləri "bazar qiyməti" adı altında vətəndaşlara sökülən evlərin hər kvadrat metrinə 1500 manat ödəniləcəyi vədini verir.
Bu ünvanda evlər plana düşdü – Sakinlərə 2000 manat pul veriləcək
FED.az xəbər verir ki, halbuki həmin evlərin kvadrat metrini 2, hətta 3 dəfə baha qiymətə satırlar.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qeyd edib ki, vətəndaş evini istədiyi qiymətə sata bilər. Əgər vətəndaş qiymətdən razı deyilsə, onda qarşı tərəflə danışıqlar aparılmalıdır.
Paytaxtda pilot layihələrin icrasına diqqət çəkən Ramil Osmanlı qeyd edib ki, bu layihələrlə bağlı qaydalar dəyişib.
“Əvvəllər sahibkarlar istədiyi ərazidə bu işi görə bilirdi....Yeni qaydalarda paytaxt üzrə sıxlı əmsalları nəzərə alınmaqla pilot layihələrə icazə verilir...” (Xezerxeber.az)