Azərbaycan bankları ipoteka kreditlərinin verilməsi prosesində yeni tikililərə fərqli şərtlər təklif etməyə başlayıblar. Banklardan FED.az-a verilən məluata görə, yeni tikililərin alınması üçün ipoteka krediti götürülərkən ilkin ödəniş daha az tələb olunur. Belə ki, «Rabitəbank»dan verilən məlumata görə, 1970-ci ildən sonra inşa edilmiş istənilən mənzilin alınması üçün ipoteka krediti götürmək olar. Bununla yanaşı, yeni tikililər üçün ilkin ödəniş 20-25%, köhnə tikililərdə isə 30% təşkil edir.
«Bank BTB»də isə ilkin ödəniş köhnə binalar üçün 30 faiz, 2013-cü ildən sonra tikilən binalardakı mənzillər üçün isə 15 -20 faiz arasında dəyişir.
Qeyd edək ki, ilkin ödənişlərdəki fərqin səbəbi İpoteka Fondunun vəsaitləri hesabına kreitlərin verilməsin qaydalarına ötən ilin mayında edilən dəyişikliklərdir. Həmin dəyişikliyə əsasən, 2013-cü ildən sonra inşa edilmiş çoxmənzilli yaşayış binalarındakı mənzilər üçün ilkin ödəniş 15%-dən (güzəştl kreditlərdə isə 10%-dən) başlayır. Digər mənzilərdə isə (yəni 1970-2013-cü ildə inşa edilənlər) ilkin ödəniş 30 faiz ətrafındadır.
Qeyd edək ki, ipoteka kreditləşməsinə başlındığı 2006-cı ildən indiyədək Azərbaycanda 26 322 ipoteka krediti verilib. Verilmiş kreditlərin ümumi məbləği 1 milyard 290 milyon 293,9 min manatdır.