1000 hektardan çox ərazisi olan xüsusi mühafizə zonasında 5 mərtəbədən yuxarı bina tikmək qadağan olunub. Həmin ərazilərdə tarixi abidələrin sıxlığı nəzərə alınaraq tikintiyə məhdudiyyət qoyulub.
Bakıda adambaşına düşən mənzil sahəsi 25 m2-ə qədər artırılacaq
FED.az xəbər verir ki, bütün bunlar Bakı şəhərinin yeni Baş Planında öz əksini tapır.
Maraqlıdır söhbət hansı ərazilərdən gedir?
Memar Cahid Həsənovun sözlərinə görə, xüsusi mühafizə zonasının ərazisi şəhərin mərkəzi hissəsini əhatə edir. Daha dəqiq desək, Kövkəb Səfərəliyeva, Salatın Əsgərova küçələri və Dənizkənarı Bulvardan Bayraq meydanına qədər olan ərazi xüsusi mühafizə zonasına daxil edilib.
Bəs bu ərazilərdəki mövcud tikililərin aqibəti necə olacaq? Ətraflı süjetdə
(Xezerxeber)