Azərbaycanda ipoteka kreditlərinin fəaliyyətə başlaması təkcə daşınmz əmak sektoruna deyil, digər sahələrə də müsbət təsirini göstərir.
FED,az xəbər verir ki, bu barədə İpoteka və Kedit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev Fondun mətbuat nümayəndələri üçün təşkil etdiyi təlimdə bildirib.
Onun sözlərinə görə, ipoteka kreditləşməsi zamanı əmlakın və borcalanan sığortalanması ilə bağlı qoyulan tələblər səbəbindən kreditlə bağlı sığorta müqavilələri də imzalanır.
Belə ki, təkcə son 3,5 ildə ipoteka kreditləriilə bağlı olaraq əmlakın sığortalanması üzrə 49 mindən artıq əmlak sığortası müqailəsi, eləcə də 20 mindən artıq həyat sığortası müqavilələri bağlanılıb.
Rasim Abdullayev əmlak sığortası üzrə müqavilələrin həyat sığortasından daha artıq olmasına münasibət bildirərək qeyd edib ki, əmlak sığortası müqavilələri hər il təzələndiyi halda həyat sığortası müqavilələri bir dəfə bağlanılır.