Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

İnşaat və əmlak

  1. Ana səhifə
  2. İnşaat və əmlak
  1. İnşaat və əmlak

Evsizlər üçün atılmış addım: Yeni ipoteka qaydaları kimlərə sərf edəcək? – ARAŞDIRMA

Evsizlər üçün atılmış addım: Yeni ipoteka qaydaları kimlərə sərf edəcək? – ARAŞDIRMA | FED.az
09:02 22 Avq 2022

Evi ola-ola güzəştli ipoteka krediti almaq istəyənlərin böyük bir hissəsi bu niyyətlərindən vaz keçməli olacaqlar. Nəticədə güzəştli ipoteka kreditləri üçün müraciətlərin sayı azalacaq, evi olmayan insanların bu imkandan yararlanmaq ehtimalları artacaq.

Eləcə də bax: Evi olduğu halda ipoteka krediti götürənlərlə bağlı – YENİ MƏHDUDİYYƏT

Azərbaycanda mənzil almaq üçün bank tərəfindən verilən ipoteka krediti ilə bağlı tələblər dəyişib. Yeni qaydalara görə, mülkiyyətində ev və ya mənzil olduğu halda ipoteka krediti götürənlər üçün ilkin ödəniş 30%-dən az olmamalıdır. Yalnız adında ev olmayan şəxslər 30%-dən az ilkin ödəniş edə bilərlər. Onlar üçün ilkin ödəniş 15%-dən başlaya bilər. Bəs, görəsən, bu yeniliyin məqsədi nədir? Qərardan sonra ipoteka bazarında hansı dəyişikliklər ola bilər?

Evsiz insanların çoxu ipoteka krediti ala bilmirlər

FED.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev dedi ki, güzəştli ipoteka kreditlərindən yararlananlar aztəminatlı, evə ehtiyacı olan insanlar olmalıdır: “Lakin bu şərtlərdən yararlanmaq istəyən evi olan insanlar da çoxdur. O baxımdan evsiz insanların çoxu kənarda qalır. Bu nöqteyi-nəzərdən yanaşsaq, atılmış addım təqdirəlayiqdir. Vətəndaşın adına mənzil varsa, ödəyəcəyi ilkin ödəniş çox olanda, təbii ki, artıq onun ipoteka krediti götürməyə marağı olmayacaq. Məncə, mənzili olmayanlara qoyulan 15 faiz ilkin ödəniş şərti normaldır. Mənzilin ümumi dəyərinin elə də böyük bir hissəsi deyil. Vətəndaş haradansa pul toplayıb həmin ilkin ödənişi edə bilər. Əslində də, güzəştli ipoteka krediti daha çox aztəminatlı insanlara verilməlidir ki, kirayələrdən qurtulub, mənzil sahibi ola bilsinlər. Evi olan şəxslər ilkin ödəniş olaraq 30 faiz ödəyəcəklərsə, bu, böyük məbləğdir. Ona görə də düşünürəm ki, evi ola-ola güzəştli kredit almaq istəyənlərin böyük bir hissəsi bu niyyətlərindən vaz keçməli olacaqlar. Nəticədə müraciətlərin sayı azalacaq, evi olmayan insanların güzəştli ipotekadan yararlanmaq ehtimalları artacaq”.

Mənzillərin qiyməti durmadan artır deyə…

Müsahibimiz bildirdi ki, hazırda bir sıra səbəblər var ki, onlara görə ipoteka ilə ev almaq vətəndaşa sərf etmir: “İpoteka ilə mənzil almaq istəyənlər çoxdur. Amma ipotekaya yararlı mənzillər azdır. Köhnə 4-5 mərtəbəli binalar ipoteka predmetinə çevrilə bilmir. İpotekaya düşən köhnə binalardan 9-10 mərtəbəlilərdir ki, onların da sayı çox deyil. İpoteka kreditinə daha çox yeni tikilən binalardan mənzillər almaq mümkündür. Vətəndaş fikirləşir ki, birotaqlı mənzili 100-120 min manata kreditlə də olsa, alacaq. Müəyyən vaxtdan sonra gənc ailənin üzvlərinin sayı artır, onlar məcbur bu evi satıb, digərini almalıdırlar.

Digər tərəfdən, mənzillərin qiyməti kəskin artır deyə, son illər ipotekadan yararlanmaq istəyən insanların sayı da azalır”.

İpoteka üçün “ekonom klass” mənzillər tikilməlidir

Ekspert onu da qeyd etdi ki, hazırda Bakı şəhərində ipotekaya yararlı “ekonom klass” mənzillər məhdud saydadır: “Aztəminatlı ailələr üçün “ekonom klass” mənzillər tikilməlidir. Mənzilin kvadratı az olanda ümumi dəyəri də aşağı olur. Yeni tikililərdə 65-70 kvadrat birotaqlı mənzil, “xruşşovka”larda üçotaqlı mənzilin sahəsidir. Tikinti şirkətlərinə azkvadratlı mənzillər tikmək sərfəli deyil. Amma tikilən binalarda ümumi sahələr az, otaq sayı çox olsa, bu, çoxuşaqlı ailə üçün sərfəli olar. Ona görə də insanlar artıq ev almaq üçün daha çox Bakı ətrafına, Xırdalana üz tuturlar. Çünki həmin ərazilərdə ekonom mənzillər daha çoxdur. İki otaqlılar təxminən 50-55, üç otaqlılar 70-80-90 kvadrat olur. Təbii ki, bu halda mənzilin ümumi dəyəri də aşağı olur”.

İpoteka şərtləri bir az da sadələşdirilməlidir

Elnur Fərzəliyevin sözlərinə görə, ipoteka krediti verilərkən bir neçə vacib nüans nəzərə alınmalıdır: “Ölkədə minimal əməkhaqqı 300 manatdır. 300 manat əməkhaqqı alan şəxs ipoteka krediti ilə mənzil ala bilməz. Çünki vətəndaşın bir aylıq minimum yaşayış zənbili təxminən 200 manat hesablanır. Yəni 300 manat maaş alan şəxsin 200 manat dolanışıq pulu çıxacaqsa, yerdə qalan 100 manatı ipotekanı ödəməyə bəs etmir. Sırf ipoteka krediti ilə mənzil almaq üçün rəsmi iş yerin olmalıdır. İnsanların əksəriyyəti rəsmi işdə işləyir, amma əmək haqqı azdır. İşdən sonra gedib taksi fəaliyyəti ilə məşğul olur, yaxud kənarda kiçik biznesi, xarici ölkədə qohumu, evi var və oradan pul gəlir. Amma həmin pulları rəsmi göstərə bilmədiyinə görə ipoteka kreditindən yararlana bilmir. İpoteka bazarına marağın artırılması üçün şərtlər bir az da sadələşdirilməlidir”.

Bəs bu qərar ümumilikdə əmlak bazarına hansısa formada təsir edə bilərmi? Elnur Fərzəliyev bildirdi ki, hazırda əmlak bazarında ipoteka kreditlərinin faiz payı o qədər də böyük olmadığından edilən dəyişikliyin ümumi bazara təsiri elə də böyük olmayacaq.("Kaspi" qəzeti)

 

Banner
Banner
  • Evsizlər
  • ipoteka
  • qaydalar
  • güzəştli ipoteka krediti
  • Elnur Fərzəliyev
Paylaş

Digər xəbərlər

Bakıda bu binalar söküləcək - 200-dək ailə köçürülür
İnşaat və əmlak 4 Fev 2023
Bakıda bu binalar söküləcək - 200-dək ailə köçürülür
"Qanlı göl"ün ətrafında park salınacaq - FOTO
İnşaat və əmlak 2 Fev 2023
"Qanlı göl"ün ətrafında park salınacaq - FOTO
Paytaxtın daha bir ünvanında bina sökülür – Sakinlərə 1500 manat kompensasiya verilir
İnşaat və əmlak 2 Fev 2023
Paytaxtın daha bir ünvanında bina sökülür – Sakinlərə 1500 manat kompensasiya verilir
Azərbaycanda şirkətlər qrupunun rəhbəri «Keçən il maaşları 20% artırmışdıq, bu il utana-utana 10% qaldırdıq» - MÜSAHİBƏ
İnşaat və əmlak 2 Fev 2023
Azərbaycanda şirkətlər qrupunun rəhbəri «Keçən il maaşları 20% artırmışdıq, bu il utana-utana 10% qaldırdıq» - MÜSAHİBƏ
Azərbaycanda dövlət xəttilə kirayəyə mənzil götürənlərə yeni hüquq və vəzifələr verilir
İnşaat və əmlak 1 Fev 2023
Azərbaycanda dövlət xəttilə kirayəyə mənzil götürənlərə yeni hüquq və vəzifələr verilir
Nazirlik tərəfindən satışa çıxarılan mənzilləri ilk bron edənlərə  - Sms-bildirişlərin göndərilməsinə başlanıb
İnşaat və əmlak 1 Fev 2023
Nazirlik tərəfindən satışa çıxarılan mənzilləri ilk bron edənlərə - Sms-bildirişlərin göndərilməsinə başlanıb
Parlamentdə sənədsiz evlərdə yaşayanların - Qeydiyyat Problemi Qaldırılıb
İnşaat və əmlak 1 Fev 2023
Parlamentdə sənədsiz evlərdə yaşayanların - Qeydiyyat Problemi Qaldırılıb
Məbləği 15 min manatdan artıq olan evlər  - NAĞDSIZ ALINACAQ
İnşaat və əmlak 31 Yan 2023
Məbləği 15 min manatdan artıq olan evlər - NAĞDSIZ ALINACAQ
Bu evlərə "kupça" verilməyəcək - Bəzi sənədsiz evlərə güzəştlər ediləcək - RƏSMİ AÇIQLAMA - VİDEO
İnşaat və əmlak 31 Yan 2023
Bu evlərə "kupça" verilməyəcək - Bəzi sənədsiz evlərə güzəştlər ediləcək - RƏSMİ AÇIQLAMA - VİDEO
FHN “İon Tikinti” MMC-yə verilmiş lisenziyanı - LƏĞV ETDİ - AÇIQLAMA
İnşaat və əmlak 31 Yan 2023
FHN “İon Tikinti” MMC-yə verilmiş lisenziyanı - LƏĞV ETDİ - AÇIQLAMA
Bakıda daha bir bina sökülür - FOTO
İnşaat və əmlak 31 Yan 2023
Bakıda daha bir bina sökülür - FOTO
Azərbaycanda ipoteka kreditləri üzrə müraciətlərin  - YENİDƏN QƏBULUNA BAŞLANILIR
İnşaat və əmlak 31 Yan 2023
Azərbaycanda ipoteka kreditləri üzrə müraciətlərin - YENİDƏN QƏBULUNA BAŞLANILIR
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "Kapital Bank" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    20:30 5 Fev 2023
  • "Foodini" işçi axtarır - MAAŞ 800 MANAT - VAKANSİYA
    20:27 5 Fev 2023
  • "Azərbaycan Dəmir Yolları" QSC işçilər axtarır - VAKANSİYALAR
    20:23 5 Fev 2023
  • "Cyberpoint" işçi axtarır - MAAŞ 1500-1800 MANAT - VAKANSİYA
    20:21 5 Fev 2023
  • "Olivia Beauty & Care" işçi axtarır - MAAŞ 1200-1500 MANAT - VAKANSİYA
    20:18 5 Fev 2023
  • "Kontakt Home" işçilər axtarır - VAKANSİYALAR
    20:13 5 Fev 2023
  • Azərbaycanda 1000 manatlıq əmək haqqı ilə - SÜRÜCÜ AXTARILIR - VAKANSİYA
    20:07 5 Fev 2023
  • Ağalarovların şirkəti işçi axtarır - MAAŞ 1500 MANAT- VAKANSİYA
    20:04 5 Fev 2023
  • "Global Plus" işçi axtarır - MAAŞ 800-1200 MANAT - VAKANSİYA
    20:00 5 Fev 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 1 NƏFƏR ÖLDÜ
    19:22 5 Fev 2023
  • Təcili: Gömrük Komitəsi xaricdən Azərbaycana gətirilən mobil telefonlar barədə - AÇIQLAMA YAYDI - VİDEO
    21:30 4 Fev 2023
  • "Xalq Bank" çoxsaylı İşçilər axtarır - VAKANSİYALAR
    21:15 4 Fev 2023
  • Dövlət qurumları və özəl şirkətlər yüksək maaşla işçilər axtarır - MAAŞ 2000-2500-3000-3500 MANAT - VAKANSİYALAR
    21:06 4 Fev 2023
  • "Azprotein Foods Group" ASC işçi axtarır - MAAŞ 2000-3000 MANAT - VAKANSİYA
    21:03 4 Fev 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1000-1500-3000 MANAT- VAKANSİYA
    21:01 4 Fev 2023
  • Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR
    20:56 4 Fev 2023
  • "PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
    20:49 4 Fev 2023
  • "Aztelekom" işçi axtarır - VAKANSİYA
    20:47 4 Fev 2023
  • "Balli Bisi" işçilər axtarır - MAAŞ 600-1500-2500 MANAT - VAKANSİYALAR
    20:40 4 Fev 2023
  • "Invest AZ" QSC işçi axtarır - VAKANSİYA
    20:36 4 Fev 2023
  • "Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
    20:31 4 Fev 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 1 NƏFƏR ÖLDÜ
    18:16 4 Fev 2023
  • Pərviz Şahbazov: “Ötən il Bolqarıstana qaz ixracımız 600 milyon kubmetr olub”
    13:52 4 Fev 2023
  • Bakıda bu binalar söküləcək - 200-dək ailə köçürülür
    13:34 4 Fev 2023
  • Qeri Cons: "bp SOCAR-la birgə Avropaya qaz nəqlini artırmağın yollarını axtarır"
    13:21 4 Fev 2023
  • Xocalıda şirkət maşını dərəyə aşdı - YARALI VAR
    13:03 4 Fev 2023
  • «Rabitəbank» kartlarında – 5-10%-LİK YENİ KEŞBEKLƏR - SİYAHI
    13:00 4 Fev 2023
  • "Bakı Sığorta"nın rəhbərliyində - DƏYİŞİKLİK EDİLİB
    12:55 4 Fev 2023
  • Medvedev: "Rusiya nüvə silahından istifadə edə bilər"
    12:51 4 Fev 2023
  • “ACWA Power” Azərbaycanda ümumi gücü 2,5 QVt olan iki külək elektrik stansiyası - İNŞA EDƏCƏK
    12:39 4 Fev 2023
  • Bazar gününün - HAVA PROQNOZU
    12:24 4 Fev 2023
  • "AFB Bank" əmanətlərinin - 10%-li GƏLİR VERGİSİNİ ÖZÜ ÖDƏYƏCƏK
    12:23 4 Fev 2023
  • Qlobal ərzaq qiymətləri - 10 AYDIR AŞAĞI DÜŞÜR
    12:20 4 Fev 2023
  • Azərbaycanda kiçik mühərrikli avtomobillərə sığorta qadağası - HƏLL EDİLDİ - VİDEO
    12:08 4 Fev 2023
  • TamGənc kartını ABB-dən - PULSUZ ƏLDƏ ET!
    12:00 4 Fev 2023
  • Avropada 50 bankomatı partladan qrup – ƏLƏ KEÇİRİLİB
    11:59 4 Fev 2023
  • Marketlər polietilen torbaları müştərilərə neçəyə satacaq? - VİDEO
    11:52 4 Fev 2023
  • “Skaz Autohouse” şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    11:47 4 Fev 2023
  • “Cash by Code” xidməti - YELO MOBİL TƏTBİQİNDƏ
    11:41 4 Fev 2023
  • SOCAR və TPAO daha bir sahədə - ƏMƏKDAŞLIQ EDƏCƏK
    11:37 4 Fev 2023
  • "Azma Group" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB -SƏBƏB
    11:34 4 Fev 2023
  • Naxçıvan Maliyyə Nazirliyində - YOXLAMA BAŞLAYIB
    11:32 4 Fev 2023
  • "Aklab Baku" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    11:28 4 Fev 2023
  • Gürcüstanda da - ÇÖRƏK BAHALAŞDI - STATİSTİKA
    11:25 4 Fev 2023
  • Bakı Metropoliteni – TENDER ELAN ETDİ
    11:20 4 Fev 2023
  • Azərbaycanda 18 min nəfərin ürəyi tibbi sığorta ilə - PULSUZ ƏMƏLİYYAT EDİLİB
    11:19 4 Fev 2023
  • Daşkəsən dəmir filizi yataqlarının - Rezervi Ciddi Artırılıb
    11:14 4 Fev 2023
  • Xətaidə yarımstansiyaların birindən 74 min manatlıq avadanlıq oğurlanıb
    11:13 4 Fev 2023
  • "Instagram"da mavi işarə - ÖDƏNİŞLİ OLACAQ
    11:03 4 Fev 2023
  • Pensiyaların artması üçün yenilik edilir - QANUNA DƏYİŞİKLİK
    10:56 4 Fev 2023
  • Dövlət Məşğulluq Agentliyi – TENDER ELAN ETDİ
    10:55 4 Fev 2023
  • Sumqayıtda gediş haqqının 20 qəpik artırılması ilə bağlı - AÇIQLAMA
    10:50 4 Fev 2023
  • Bakıdakı bu "Asan Xidmət"ə təmizlik xidmətinə 200 min manat xərclənəcək - TENDER NƏTİCƏSİ
    10:47 4 Fev 2023
  • Güclü qar Şamaxıda yolları bağlayıb – VİDEO
    10:47 4 Fev 2023
  • ABŞ rəsmisindən Türkiyə banklarına - XƏBƏRDARLIQ
    10:43 4 Fev 2023
  • “Azərişıq”dan –TENDER ELANI
    10:37 4 Fev 2023
  • ABŞ ilk dəfə olaraq rusiyalılardan müsadirə etdiyi aktivləri - UKRAYNAYA VERİB
    10:37 4 Fev 2023
  • Beynəlxalq aviaşirkətlər Azərbaycana yeni reyslər - TƏŞKİL EDƏCƏK
    10:33 4 Fev 2023
  • Aİ Rusiya neftinin - Tavan Qiymətini Müəyyənləşdirib
    10:30 4 Fev 2023
  • Meşələrin İnkişafı Xidməti - BÖYÜK TENDER ELAN ETDİ
    10:26 4 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!