Azərbaycan əhalisinin 75%-dən çoxu qarşıdakı 12 ay ərzində ev almaq və ya yeni ev tikmək fikrində deyil. FED.az xəbər verir ki, bu nəticələr «Business Insight» Beynəlxalq araşdırma qrupunun 2019-cu ildə Bakıda apardığı sorğularda ortaya çıxıb.
“Qarşıdakı 12 ay ərzində yeni ev almağı və ya tikməyi planlaşdırırsınızmı?” sualına respondentlərin 69,9%-i «yox» cavabı verib. Rəyi soruşulanların 5,9%-i bildirib ki, demək olar ki, göstərilən dövrdə ev tikmək və ya ev almaq planları yoxdur.
Sorğuda iştirak edənlərin 16,2%-i «mümkün olacağı təqdirdə» ev almaq və ya tikməyi planlaşdırır, 8% isə bununla bağlı qərarını artıq verib.
Qeyd edək ki, ev almaq və ya tikmək fikrində olanların sayının azlığına baxmayaraq, bu nəticə ötənilki sorğulara nisbətən yaxşıdır.
Eləcə də bax: Borclarını ödəyə bilməyənlər müflis elan olunmalı - BORCLARI SİLİNMƏLİDİR – QANUN DƏYİŞMƏLİDİR
Belə ki, 2018-ci ildə eyni suala rəyi soruşulanların 77,2%-i mənfi cavab vermişdi. 22,7% isə mümkün olarsa və ya dəqiq ev alıb-tikəcəklərini bildirmişdilər. Başqa sözlə, ötən illə müqayisədə bu il ek tikib-almaq planlaşdıranların sayında artım var.
Əvəzində qarşıdakı 12 ay ərzində evini təmir etdirməyi planlaşdıranların sayı artıb. Keçirilən sorğuda respondentlərə ünvanlanan «Gələcək 12 ayda evinizin təmirinə və ya yenidən qurulmasına pulunuzun böyük məbləğini xərcləməyi ehtimal edirsinizmi?» sualına respondentlərin 15,1%-i «ehtimal böyükdür» cavabını verib. Ötən il bu cavabı verənlərin sayı cəmi 8,7% idi. 23,6% bunu qismən ehtimal edir (ötən il 26,6% idi).
RƏyi soruşulanlanın 61,4%-i qarşıdakı 12 ayda evin təmirini planlaşdırmadıqlarını bildirir. Ötən il belə cavab verənlər 64,7% idi.
FED.az xəbər verir ki, araşdırma ölkənin bütün coğrafi zonalarını əhatə etməklə, Bakı şəhəri də daxil olmaqla yaşı 20-70 arasında olan 1401 respondent arasında fevralın ilk yarısında keçirilib.
Sorğuda iştirak edənlərin təqribən yarısı 30-50 yaş arasında, 52%-i kişi, 48%-i qadın olub. Sorğu iştirakçılarının 19,3%-nin ailə başına aylıq gəliri 300 manat, 43,4%-nin gəlirləri 300-700 manat, 20,3%-i 700-1200 manat, 8,6%-i 1200 manatdan artıq olub.