2021-ci ilin əvvəlindən bugünədək Fondun vəsaiti hesabına 338,1 mln. manat məbləğində 5000-dən çox Azərbaycan vətəndaşına ipoteka, o cümlədən güzəştli ipoteka krediti verilib.
Eləcə də bax: Azərbaycanda bir, iki və çoxotaqlı mənzillərə dair tələblər - MÜƏYYƏNLƏŞİB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.
Məlumata görə, bu, Fondun fəaliyyətə başladığı 2006-cı ildən etibarən ən yüksək göstəricidir.
"2020-ci ilin anoloji dövrü ilə müqayisədə verilmiş kreditlərin sayında 42,3% faiz artım müşahidə olunub. Ümumilikdə, bugünədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 978 mln. manatı, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 36 mini ötüb. Verilmiş kreditlərin 1334,6 mln. manatı adi ipoteka kreditlərinin, 643,9 mln. manatı güzəştli ipoteka kreditlərinin payına düşür. Hazırda da ayrılmış limitlər çərçivəsində ipoteka kreditlərinin verilməsi həyata keçirilir, növbəti ildə də ötən dövrlərdə olduğu kimi bu proses davam etdiriləcəkdir", - deyə məlumatda qeyd olunub.