Bakının bir sıra rayonlarında yerləşən fərdi evlərdə söküntü işləri aparılacaq.
Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı
Bildirilib ki, söküntü aparılacaq həmin evlərin yerində hündürmərtəbəli binalar və parklar salınacaq.
FED.az xəbər verir ki, bu da öz növbəsində, sakinlərin narazılığına səbəb olub.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirib ki, Süleyman Vəzirov, Yusif Səfərov və digər küçələrin bir hissəsində söküntü işləri aparılacaq.
“Bu istiqamətdə vətəndaşlara kompensasiya ödəniləcək, narazı olan şəxslərin problemləri komissiya tərəfindən həll ediləcək”.