Fevral ayında Bakının mənzil bazarında qiymət artımı davam edib.
FED.az xəbər verir ki, Azərbaycanın aparıcı qiymətləndirmə şirkətlərindən olan – “VECON CONSULTING” yanvar ayında paytaxtın 10 rayonu üzrə əmlak bazarının mövcud vəziyyətini təhlil edib. Ötən ilin yekunlarına həsr olunmuş monitorinqin nəticələrinə görə, paytaxtın mənzil bazarında qiymətlərin kəskin artması faktı aşkar edilib. Məlum olub ki, 2021-ci ildə paytaxtda mənzilərin qiymət artımları ikirəqəmli ədədlərlə ifadə olunub.
Bahalaşma tempinin davamlılığını analiz etmək üçün “VECON CONSULTING” fevral ayı üzrə növbəti monitorinq təşkil edib. Son araşdırmalar zamanı məlum olub ki, fevral ayı ərzində də Bakıda mənzillərin qiymətlərində artım qeydə alınıb.
Ənənəvi olaraq hər bir rayon üzrə altı istiqamətdə aparılan araşdırma köhnə və yeni tikili binalarda 1, 2 və 3 otaqlı mənzilləri əhatə edib.
Araşdırma nəticəsində məlum olub ki, paytaxtın mənzil bazarında köhnə tikili binalar üzrə 1 və 2 otaqlı mənzillər üzrə ən çox bahalaşma Nərimanov rayonunda (müvafiq olaraq 3,3 və 3,1 faiz), 3 otaqlı mənzillər üzrə isə Yasamal rayonunda (3,1 faiz) baş verib. Yeni tikili binalarda isə qiymətlər 1 və 2 otaqlı mənzillər üzrə ən çox bahalaşma Nərimanov rayonunda (müvafiq olaraq 3,8 və 2,7 faiz), 3 otaqlı mənzillər üzrə isə Səbail rayonunda (3,6 faiz) qeydə alınıb.
Müvafiq olaraq köhnə tikili binalarda birotaqlı mənzillər 1,3, ikiotaqlı otaqlı mənzillər 1,6, üçotaqlı mənzillər isə 1,5 faiz bahalaşıb. Yeni tikili binalarda birotaqlı mənzillər 2,5, ikiotaqlı otaqlı mənzillər 1,5, üçotaqlı mənzillər isə 1,3 faiz bahalaşıb. Eyni zamanda Bakı şəhərinin rayonları üzrə mənzillərin 1 m2 orta təklif qiyməti 2022-ci ilin yanvar ayı ilə müqayisədə
Binəqədi rayonu üzrə 1 558 manatdan 1 577 manata,
Qaradağ rayonu üzrə 1 242 manatdan 1 251 manata,
Nərimanov rayonu üzrə 1 852 manatdan 1 904 manata,
Nəsimi rayonu üzrə 2056 manatdan 2 095 manata,
Nizami rayonu üzrə 1 540 manatdan 1 568 manata,
Sabunçu rayonu üzrə 1 469 manatdan 1 482 manata,
Səbail rayonu üzrə 2146 manatdan 2 191 manata,
Suraxanı rayonu üzrə 1281 manatdan 1 289 manata,
Xətai rayonu üzrə 1 776 manatdan 1 812 manata,
Yasamal rayonu üzrə 1 610 manatdan 1 643 manata yüksəlmişdir.
Ümumilikdə son bir ayda paytaxtda mənzillərin qiyməti 1,6 faiz artıb. Ən yüksək bahalaşma Nərimanov rayonunda (2,8%), ən az bahalaşma isə Suraxanı (0,6%) və Qaradağ (0,7%) rayonlarında baş verib.
Monitorinqin nəticələri cədvəldə göstərilib.
2022-ci il yanvar ayına nisbətən 2022-ci il fevral ayında daşınmaz əmlakın mənzil seqmentində qiymətlərin artım tempi faizi, % |
|||||||
Ünvan |
Köhnə tikili |
Yeni tikili |
Orta artım faizi,% |
||||
1 otaqlı |
2 otaqlı |
3 otaqlı |
1 otaqlı |
2 otaqlı |
3 otaqlı |
||
Nəsimi rayonu |
1,4% |
1,8% |
1,5% |
3% |
2,6% |
1% |
1,9% |
Nizami rayonu |
3% |
1% |
0,6% |
3% |
2% |
1% |
1,8% |
Qaradağ rayonu |
0,3% |
0,8% |
0,8% |
1,1% |
0,6% |
0,4% |
0,7% |
Sabunçu rayonu |
0,3% |
1% |
0,7% |
1,5% |
0,9% |
0,7% |
0,9% |
Səbail rayonu |
1,6% |
2% |
1,9% |
1,9% |
1,4% |
3,6% |
2,1% |
Suraxanı rayonu |
0,4% |
0,7% |
0,6% |
0,9% |
0,8% |
0,4% |
0,6% |
Xətai rayonu |
0,5% |
2,7% |
2,9% |
3% |
1,9% |
1,1% |
2% |
Yasamal rayonu |
1,9% |
2,1% |
3,1% |
2,1% |
1,4% |
1,7% |
2,1% |
Binəqədi rayonu |
0,6% |
1,1% |
1,6% |
1,8% |
1% |
1% |
1,2% |
Nərimanov rayonu |
3,3% |
3,1% |
1,7% |
3,8% |
2,7% |
1,9% |
2,8% |
Cəmi |
1,3% |
1,6% |
1,5% |
2,2% |
1,5% |
1,3% |
1,6% |
Xatırladaq ki, “VECON CONSULTING” qiymətləndirmə şirkəti 2010-cu ildən fəaliyyət göstərir. Şirkət Bakı şəhərində və Azərbaycan Respublikasının rayonlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, habelə, hava və su nəqliyyat nümunələri beynəlxalq standartlara tam uyğun şəkildə qiymətləndirilməsi üzrə ixtisaslaşıb.
Şirkət tanınmış “JSC International Valuation Centre” qiymətləndirmə şirkətinin partnyorudur. Şirkətimiz Maliyyə Bazarlarına Nəzarət Palatasının, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatıdır. “VECON CONSULTING” MMC Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının və Azərbayacan Qiymətləndiricilər Cəmiyyətinin kollektiv üzvüdür.
Şirkətin təsisçisi və direktoru Vüqar Oruc isə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, tanınmış iqtisadçı ekspertdir.