Ağcabədi rayon icra hakimiyəti rayonda saat qülləsi tikməyi planlaşdırır. FED.az xəbər verir ki, icra hakimiyyəti bununla bağlı tender elan edib. Rayon icra hakimiyyətindən FED.az-a verilən məlumata görə, Saat Qülləsi şəhərin H.Əliyev prospektində inşası nəzərdə tutlur.
Tender üzrə əlaqələndirici şəxs Ayaz Şükürov bildirdi ki, saat qülləsi layihəsi xarici şirkətlər tərərfindən onlara təqdim olunub və bu layihə qəbul olunub. Saat qülləsinin hündürlüyü 15 metr, ümumi layihənin xərcinin 50-60 min manat olacağını bildirdi. Saatın da xaricdən gətiriləcəyi gözlənilir.Ağcabədidə saat qülləsi tikiləcək - QİYMƏT
17:18
12 Sen 2018