İKT

Yeni “iPhone”ların qiymətləri bəlli oldu - MƏBLƏĞLƏR

Yeni “iPhone”ların qiymətləri bəlli oldu - MƏBLƏĞLƏR | FED.az
14:25 10 Sen 2019

Yeni «iPhone 11»ların təqdimatı ərəfəsində smartfonların təqribi qiyməti məlum olub.

FED.az xəbər verir ki, qiymətlər Tayvan operatorları üçün açıqlanıb və təqribi hesablamalara görə, «iPhone 11» bazara 3 variantda  - 64, 128 və 256 QB yaddaşlarda çıxacaq. Onların qiyməti $750, $800 və $900 dollar olacaq.

Eləcə də bax: Yeni "İphone 11"lərin - XÜSUSİYYƏTLƏRİ

«iPhone 11 Pro» da 3 variantda buraxılacaq  - 128, 256 və 512 QB yaddaşlarda. Bu cihazların qiyməti müvafiq olaraq $1000, $1100 və $1200 nəzərdə tutulur.

Ən bahalı variant  - «iPhone 11 Pro Max» da 3 variantda - 128, 256 və 512 QB yaddaşlarda olacaq. Onun qiyməti isə $1100, $1200 və $1300 olacaq.

 

Digər xəbərlər