İKT

Yeni “iPhone” modelinin satışa çıxarılacağı vaxt açıqlandı – TARİX

Yeni “iPhone” modelinin satışa çıxarılacağı vaxt açıqlandı – TARİX | FED.az
17:27 16 Avqust 2019

“Apple” korporasiyası avqustun 15-də çıxarılmış “iOS 13” versiyasının 7-ci beta-versiyasının kodunda yeni “iPhone” cihazının təqdimat tarixini açıqlayıb.

FED.az İctnews - a istinadən xəbər verir ki,gizli ekran görüntülərindən birində təyin edilmiş “HoldForRelease” parametrində tarix və vaxt göstərilib: çərşənbə axşamı, 10 sentyabr, 9:41. Bakı vaxtı ilə 20:41.
 

Tarix və vaxtı göstərən eyni ekran görüntüsü ötən il də sızmışdı.

Beləliklə, “Apple” korporasiyası sentyabrın 10-da Stiv Cobs Teatrında yeni smartfonlarını nümayiş etdirəcək, 13-də isə ilkin sifarişlər əlçatan olacaq. Sentyabrın 20-də qurğular satışa çıxarılacaq.

Digər xəbərlər