Dünyanın ilk uçan avtomobili olan və Cenevrə Avtomobil Sərgisində nümayiş etdirilən PAL-V üçün sifarişlər başlayıb. Avtomobili sərgi iştirakçılarına təqdim edən şirkət, sifarişləri öz internet saytı üzərindən qəbul edir.
PAL-V-dən verilən açıqlamada, son təhlükəsizlik sertifikatlarının alınmasının ardından ilk təhvilin 2019-cu ildə həyata keçiriləcəyi qeyd olunub.
Avtomobil quruda 160 km sürətə çatarkən, havada 179 km son sürətə qədər çıxa bilir. 3352 metrə qədər yüksələn avtomobilin mənzili isə 563 km-dir.
Şirkətin açıqlamasına görə, PAL-V-nin yol rejimindən uçuş rejiminə keçməsi üçün bir düyməyə basmaq qədər asan olacaq. Bütün əməliyyat 10 dəqiqədən az tamamlanacaqdır.
İlk fazada məhdud sayda (90 ədəd) istehsal olunan avtomobillərin satışa çıxarılacağı qeyd edilib. Avtomobilin qiyməti 499 min avro (621 min 500 dollar) olacaqdır. Daha sonrakı variantın qiyməti isə 299 min avroya düşəcək. Şirkət, bu qiymətə uçuş dərslərinin də daxil olduğunu açıqlayıb.
Avtomobili işdarə etmək üçün pilot lvəsiqəsinə sahib olmaq lazımdır.