İKT

Sony iPhone-u keçdi - YENİ SMARTFON GƏLİR

Sony iPhone-u keçdi - YENİ SMARTFON GƏLİR | FED.az
10:11 19 Noy 2019

Şəbəkədə Sony şirkətinin 2020-ci ilin planları haqqında məlumat yayılıb.

FED.az xəbər verir ki, 2020-ci ilin əvvəlində “MWC 2020” sərgisində orta və flaqman səviyyəli bir neçə modelin təqdim ediləcəyi gözlənilir. Ən yüksək səviyyəyə malik olan “Snapdragon 865” platforması ilə təchiz olunması və beşinci nəsil 5G mobil şəbəkəsini dəstəkləməsi istisna edilməklə flaqmanlar haqqında hələ ki, heç bir informasiya məlum deyil.

Eləcə də bax: “Sony” qatlanan smartfon - BAZARINA ÇIXIR

Məlumata əsasən Sony Xperia-nın ən azı 4 modeli flaqman adı altında çıxacaq.

- Fevral ayında keçiriləcək “MWC 2020”də “Xperia XZ2 premium” və “Xperia 1” “Xperia 1.1” ilə əvəz ediləcək (dörd linzalı əsas kamera, 5G, 4K dəstəyi)

- Xperia XZ2 kompakt “Xperia 3” ilə əvəzlənəcək. (üçlü əsas kamera, 5G, 2K dəstəyi), debüt tezliklə reallaşacaq.

- “Xperia XZ2” və “Xperia 5” “Xperia 5” ilə əvəz olunacaq (dörd linzalı əsas kamera, 5G, 2K dəstəyi)

Və nəhayət, 2020-ci ilin sentyabr ayında keçiriləcək “IFA 2020” adlı sərgidə “Xperia XZ3” “Xperia 0” smartfonu ilə əvəzlənəcək. Bu smartonun fərqli cəhəti kamerasıdır. O, dünya rekordunu yeniləyəcək altı moduldan ibarət olacaq. Bundan əlavə, cihazın 5G və 5K-nı dəstəkləyəcəyi bildirilir. 

TED

Digər xəbərlər