15.12.2022-ci il tarixdən etibarən "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş "Bookmate" xidməti ləğv ediləcək.
Eləcə də bax: «Azercell» korporativ abunəçiləri üçün – ŞƏRTLƏR DƏYİŞƏCƏK
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir. Göstərilənlərə əsasən xidmətin ləğv ediləcəyi tarix nəzərə alınmaqla onun müvafiq növbəti aylıq, həftəlik və günlük yenilənmələrinə məhdudiyyət qoyulacaq.
Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com<http://www.azercell.com/>), həmçinin Müştəri Xidmətlərinə (MX və ya eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.