«Azercell» mobil operatoru korporativ abunəçiləri üçün şərtləri dəyişəcəyini açıqlayıb.
FED.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, 21 noyabr 2022-ci il tarixdən etibarən "Azercell Telekom" MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən "Region 1" tarif paketinin adı dəyişdirilərək "Biznesim Region" adlandırılacaq.
Həmin tarixdən etibarən tarif paketindən daha əlverişli istifadə şərtləri təqdim ediləcək.