Mərkəzi Asiya və Cənubi Qafqazda 40% əhali dağlıq ərazilərdə yaşayır. Bu yerlərdə genişzolaqlı infrastrukturu quraşdırmaq çətin və bahalı olduğundan bu yerlərdə internetə çıxışı əldə edilməsi çətindir. Lakin buna baxmayaraq son 2 ildə 2 milyarddan daha çox insan mobil telefonlarla internetə çıxış əldə edib.
Azərbaycanda genişzolaqlı internetin əhatəsi 10 dəfə genişlənib
FED.az xəbər ki, bunu Dayanıqlı inkişaf: çağırışlar və həllər" mövzusunda keçirilən tədbirdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndici Ofisinin rəhbəri Kanako Mabuçi deyib.
O bildirib ki, GSMA hesbatında rəqəmsal uçurum məsələsi ilə bağlı bildirilir ki, Azərbaycanda şəhər və kənd yaşayış məntəqələrində yaşayan əhalinin 94%-i 4G İnterneti ilə təmin olunub və əhalinin 69%-i genişzolaqlı internetdən istifadə edir.
"Genişzolaqlı mobil rabitənin əhatə dairəsi geniş olsa da, şəhər və kənd yerlərində internetin sürəti ilə bağlı problemlər hələ də qalır" - deyə Kanako Mabuçi əlavə edib.