2025-ci il ərzində Milli Ödəniş Sistemi (MÖS) vasitəsilə emal olunan əməliyyatların həcmi 840,9 mlrd. manat olub və ÜDM-in 6 mislini təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Gündəlik ödənişlərin həyata keçirilməsində istifadə olunan əsas ödəniş alətini debet və kredit kartları təşkil edib və bu kartlarla ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2024-cü illə müqayisədə 26% yüksələrək 99,1 mlrd. manat olub.
Ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2024-cü il ilə müqayisədə 3,4 faiz bəndi artaraq tarixi maksimuma çatmış və 67,6% olub.











