Milli Məclis “Gündəlik” adlı mobil tətbiq istifadəyə verib.
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
O qeyd edib ki, sənədlər və qanun layihələri üç gün öncə deputatlara verilir:
“Həmin mobil tətbiqdən hər kəsin istifadə etməsi Milli Məclisin işinin səmərəliliyinə xidmət edəcək. Milli Məclisin Aparatı öz resursları hesabına "Gündəlik" adlı mobil tətbiq hazırlayıb. Bu tətbiqdən istifadə edilməsi Milli Məclisin plenar və komitə iclaslarının vaxtı, gündəlikləri, müzakirə ediləcək sənədlər ilə vaxtında, operativ tanış olmağa imkan yaradır. Artıq 65 deputat bu tətbiqdən istifadə edir. Sənədlər, qanun layihələri daxili nizamnaməyə uyğun olaraq 3 gün əvvəl deputatlara verilir. Hesab edirəm ki, bu mobil tətbiqdən hamının istifadə etməsi bizim işimizin səmərəsinin artmasına kömək edər". (Apa)