“X” sosial şəbəkəsi (keçmiş tviter) reklam gəlirlərini artırmaq üçün kiçik və orta biznesləri cəlb etmək niyyətindədir.
Maskdan banklara həmlə: «Daha bank hesabına ehtiyacınız olmayacaq» - «X» bank xidmətinə başlayır
FED.az xəbər verir ki, bunu “Financial Times” qəzeti yazıb.
Bildirilib ki, strategiyadakı bu dəyişikliyə səbəb böyük şirkətlərin İlon Maskın açıqlamaları ilə bağlı sosial şəbəkədə öz reklamlarını yerləşdirməkdən imtina etmələridir.
Qeyd edək ki, noyabrın 30-da “X” sosial şəbəkəsinin sahibi İ.Maskın antisemit konspirologiyaları dəstəkləməsi fonunda onlarla iri brend öz marketinq kampaniyalarını dayandırıb. (Report)