Azərbaycanda uğurla fəaliyyət göstərən beynəlxalq audit şəbəkəsi olan Reanda Azərbaycan şirkətinə ("Reanda International Network Limited"in tam üzvü) etibar edən maliyyə təşkilatlarının sayı artır. Şirkətin müştəri portfelində iri maliyyə təşkilatları ilə yanaşı Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) payı da artır. Belə ki, ölkənin tanınmış bank olmayan kredit təşkilatlarından olan “KƏPƏZ BOKT" MMC 2026 və 2027-ci ilin il maliyyə hesabatlarının auditi üzrə tender elan edib və bu tenderin qalibi “Reanda Azərbaycan” şirkəti elan olunub.
Bu barədə FED.AZ saytına Şirkətin İdarəedici partnyoru Rahim Manafov bildirib: "Düşünürəm ki, müştərilərə göstərdiyimiz keyfiyyətli və çevik xidmətimiz "Reanda Azərbaycan” şirkətini bazarda daha güclü və etibarlı imic yaratmağa kömək edir. İnanıram ki, biz keyfiyyətli xidmətimizi daha da yüksəldərək bazarın aparıcı oyunçularından birinə çevriləcəyik".
Qeyd edək ki, “Reanda Azərbaycan” MMC Azərbaycanın audit bazarında beynalxalq brend olaraq fəaliyyət göstərir. Şirkət beynəlxalq statuslu oldğuna görə müştəri portfoliosu çox zəngindir. Bura banklar, maliyyə institutları, xidmət, inşaat, nəqliyyat sahəsi, BOKT-lar və digər müəssisə və təşkilatlar daxildir.
Xatırladaq ki, Reanda International Network Limited" brendi dünyanın 60-dan çox ölkəsində 140 ofisi fəaliyyət göstərir. Beynəlxalq audit şirkətinin 6000-dən çox əməkdaşı, həmçinin 250 tərəfdaşı mövcuddur.














