Bu ilin yanvar-may aylarında Azərbaycan 4 min 575 ton nar ixrac edib.
Pomidor satanların gəliri - 120 MİLYON DOLLARA ÇATDI
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə narın dəyəri 3 milyon 999 min ABŞ dolları olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 452 ton (9 %), dəyər baxımından isə 299 min dollar (6,9 %) azdır.
Hesabat dövründə nar ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində cüzi paya malik olub.
Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb. (Report)















