Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirilməsi imkanlarının artırılmasını müzakirə edib.
KOBİA sədri: Bir çox KOB-lar hələ də regional və qlobal bazarlara çıxış əldə etməkdə çətinliklə üzləşir
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı müzakirələr Azərbaycan Mərkəzi Bankının rəhbər heyəti ilə Dünya Bankının İş yerləri və İqtisadi Artım üçün Maliyyə Əlçatanlığı (FINGROW) Missiyasının nümayəndələri arasında görüşdə aparılıb.
Görüşdə FINGROW proqramının məqsədi, əhatə dairəsi, proqram çərçivəsində nəzərdə tutulan tədbirlər, Mərkəzi Bankın bu təşəbbüsdə rolu müzakirə olunub.
Bundan başqa, görüşdə Azərbaycanda maliyyə əlçatanlığının genişləndirilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi imkanlarının artırılması, rəqəmsal ödənişlərin təşviqi, maliyyə inklüzivliyinin dərinləşdirilməsi, kredit təminatı mexanizminin təkmilləşdirilməsi prosesinə FINGROW proqramının dəstəyi istiqamətində fikir mübadiləsi aparılıb.
FINGROW Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üçün nəzərdə tutulmuş çoxmərhələli proqramıdır. Proqramın əsas məqsədi maliyyə resurslarına çıxışı genişləndirməklə sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını və dayanıqlı iqtisadi artımı dəstəkləməkdir.














