Mobil tətbiq üzərindən xarici səhm bazarından səhm alqı-satqısı ilə məşğul olan şəxs apardığı əməliyyatlar üzrə əldə etdiyi gəlirlərdən ödəməli olduğu vergiləri vergi orqanına özü bəyan etməlidirmi?
Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Azərbaycanda mobil tətbiqlər vasitəsilə xarici səhm bazarında alqı-satqı əməliyyatları apararaq gəlir əldə edən fiziki şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və əldə etdikləri gəlirlər üzrə vergi öhdəliklərini özləri yerinə yetirməlidirlər.
FED.az xəbər verir ki, bu Dövlət Vergi Xidmətinin əməkdaşı Lamiyə Əliyevanın açıqlamasınada bildirib.
Bildirilir ki, qiymətli kağızların alqı-satqısından əldə olunan gəlirdən səhmin alış dəyəri və əməliyyatla bağlı çəkilmiş digər xərclər çıxıldıqdan sonra qalan məbləğə Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14% gəlir vergisi hesablanır. Vergi ödəyicisi növbəti ilin 31 mart tarixindən gec olmayaraq gəlir vergisi bəyannaməsini təqdim etməli və hesablanmış vergini dövlət büdcəsinə ödəməlidir.
Qeyd olunub ki, gəlirin əldə edildiyi tarix kimi səhmin təqdim edildiyi (satıldığı) tarix əsas götürülür. Vergiyə cəlb olunan gəlir isə səhmin alış qiyməti ilə satış qiyməti arasındakı müsbət fərq, yəni kapital artımı əsasında müəyyən edilir.














